ELANLAR

6631

Bakıda qabaqcıl 3D-çap və skan texnologiyalarına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

27 Aprel 2016 - 11:00
Bakıda qabaqcıl 3D-çap və skan texnologiyalarına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

20 may 2016-cı il tarixdə Bakıda yerləşən “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelində qabaqcıl 3D-çap və skan texnologiyalarına həsr olunmuş “3D Print Conference” keçiriləcək.

Additiv texnologiyalar Azərbaycan iqtisadiyyatının inkişaf edən sahəsi kimi, XXI əsrin 3D-çap texnologiyaları, 3D-texnologiyalar vasitəsilə gəlir əldə etmək yolları, sənaye, təhsil, tibb və zərgərlik sahələrində istifadə olunan 3D-printerlər beynəlxalq konfransın əsas müzakirə mövzularındandır.

Konfrans spikerlərinin beynəlxalq komandasında Endryu Smit (Böyük Britaniya), Dmitri Pitetski (Rusiya), Furkan Bakir (Türkiyə), Fərhad Əmirbəyov, Fərid Zeynalov, Gülay Əliyeva, Şölə Eminbəyli (Azərbaycan) və digər mütəxəssislər yer alır.

“Smile-Expo” beynəlxalq sərgi şirkətinin təşkilatçılığı ilə keçirilən konfransda 3D-texnologiyalar üzrə aparıcı şirkətlərin nümayəndələri, 3D-printer istehsalçıları, alim və tədqiqatçılar, eləcə də rəssamlar, zərgərlər və dizaynerlərin iştirakı gözlənilir.