16-17 iyun 2016-cı il tarixlərdə Lyublyana Universitetinin (Sloveniya) təşkilatçılığı ilə “E-dövlət üzrə 16-cı Avropa Konfransı” (16th European Conference on eGovernment – ECEG 2016) keçiriləcək. Dövlət sektorunun fəaliyyətinin inkişafında əsas elementlərə çevrilmiş e-demokratiya, e-vətəndaşlıq, qarşılıqlı əlaqələr, e-şəxsiyyət və e-səsvermə kimi yeni dinamik məsələlər konfransın əsas müzakirə mövzularıdır.
Qeyd edək ki, məqalələr cari ilin noyabr ayının 26-dək təqdim edilməlidir. Elmi əsərlər “E-dövlət Onlayn Jurnalı” və “IBIMA” nəşriyyatının “E-dövlət üzrə Tədqiqat və Təcrübələr” jurnalında çap olunacaq.
Daha ətraflı məlumatı academic-conferences.org saytından əldə etmək mümkündür.