“EaPEC 2022” konfransının ikinci günündə mühüm elmi istiqamətləri əhatə edən məruzələr dinlənilib Sentyabr 29, 2022 | 11:00 / Konfranslar, iclaslar

“5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) ikinci günü seksiya iclasları ilə davam edib.

Konfransın sonuncu günündə “İKT innovasiyaları: Əşyaların İnterneti, süni intellekt və avtomatlaşdırma”, “Yerin müşahidəsi və texnologiyadan ictimai istifadə”, “E-səhiyyə – səhiyyə və elmi tədqiqat üçün texnologiya”, “Rəqəmsal Humanitar elmlər – rəqəmsal texnologiya və onun tətbiqi”, “Mərkəzi Asiya Milli Tədqiqat və Təhsil Şəbəkələri – əməkdaşlıq imkanları” istiqamətləri üzrə keçirilən seksiya iclaslarında mühüm elmi problemləri əhatə edən məruzələr dinlənilib.

“İKT innovasiyaları: Əşyaların İnterneti, süni intellekt və avtomatlaşdırma”, “E-səhiyyə – səhiyyə və elmi tədqiqat üçün texnologiya”, “Rəqəmsal Humanitar elmlər – rəqəmsal texnologiya və onun tətbiqi” və “Mərkəzi Asiya Milli Tədqiqat və Təhsil Şəbəkələri – əməkdaşlıq imkanları” üzrə seksiya iclaslarına müvafiq olaraq institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov və AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev sədrlik ediblər.

İclaslarda təqdim olunan məruzələr “Pan-Avropa bulud infrastrukturu federasiyası ilə açıq elmin gücləndirilməsi - Şərq Tərəfdaşlığı regionundan təcrübələr”, “Smart” kabellər vasitəsilə planetimizin araşdırılması”, “İqlim tədqiqatlarında açıq elm”, “Respublika Seysmoloji Xidmət Mərkəzinin proqram və sistem təminatı”, “Avropa sağlamlıq məlumat məkanının biotibbi tədqiqatlara təsiri”, “Səhiyyə innovasiyasında milli tədqiqat və təhsil şəbəklərinin rolu”, “Dariah.lab”: incəsənət və humanitar elmlər üçün Polşanın elektron infrastrukturuna doğru”, “Türkiyə Milli Muzey İnventar Sistemi” və digər mövzuları əhatə edib.

Qeyd edək ki, “EaPEC 2022” beynəlxalq konfransı GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı