İnstitutda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirildi Fevral 27, 2020 | 03:04 / Mühüm hadisələr

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində 2019-2020-ci illərdə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirildi.

İmtahanda 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə İlhamə Ələsgərova, 3339.01  “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə Orxan Vəlixanlı iştirak etdilər.

Qeyd edək ki, institutda fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün imtahan komissiyası yaradılıb. Komissiyasının sədri AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Rasim Əliquliyev, komissiya üzvləri isə institutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, elmi katib, E-kitabxana Mərkəzinin rəhbəri Mədinə Səidova, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı