Proqram mühəndisliyinin iqtisadi aspektləri tədqiq olunur Fevral 27, 2020 | 12:42 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin növbəti elmi seminarı keçirildi.

Şöbənin baş mütəxəssisi Tamilla Bayramova “Proqram mühəndisliyinin iqtisadi aspektləri” adlı məruzəni təqdim etdi. O, bildirdi ki, mürəkkəb və bahalı proqram məhsullarının böyük mütəxəssis kollektivlərində sənaye metodları ilə işlənilməsi yeni tələbatlar yaradıb. Bunlara proqnozlaşdırma, etibarlı iqtisadi təhlil, qiymətləndirilmə və s. daxildir. Bu məsələlərin həll edilməsi məqsədi ilə 1980-ci illərdə böyük proqram məhsullarının istehsal iqtisadiyyatı adlı yeni fənn sahəsi aşkarlanıb. Qeyd etdi ki, bu elmin mürəkkəb proqram təminatının (PT) istehsal prosesinin və həyat dövrünün iqtisadiyyatı, eləcə də kibertəhlükəsizlik sənayesi kimi sahələri mövcuddur.

Məruzəçi proqram mühəndisliyi iqtisadiyatının inkişafı və mənimsənilməsi, burada layihələrin inkişafının iqtisadi proqnozlaşdırılması, PT istehsalının iqtisadi analizi, iqtisadi cəhətdən səmərəli proqram məhsullarının istehsalının təşkili, həmçinin PT-nin istehsalı zamanı müasir iqtisadi analiz, qiymətləndirmə və resursların proqnozlaşdırılması metodlarının işlənilməsi və mütəxəssislərə təqdim edilməsi məsələlərindən bəhs etdi.

İş qrafikinin planlaşdırılması və layihənin dəyərinin qiymətləndirilməsinin paralel yerinə yetirildiyini qeyd edən T.Bayramova proqram məhsulunun maya dəyərinin hesablanma metodlarını və proqram məhsulunun qiymətinə təsir edən amilləri diqqətə çatdırdı.

Məruzəçi COCOMO (COnstructive COst MOdel) konstruktiv dəyər modeli haqqında məlumat verərək bu modeldə qiymətləndirmə səviyyələri və layihənin mürəkkəblik dərəcələrindən bəhs etdi. Vurğuladı ki, modelin 3 – baza, aralıq və genişləndirilmiş səviyyələri mövcuddur.

Sonda T.Bayramova aparılan araşdırmaların nəticələrindən bəhs etdi. Qeyd etdi ki, “Proqram mühəndisliyi iqtisadiyyatı”nın inkişafı üçün iqtisadiyyatın bu yeni sahəsində toplanan təcrübənin və elmi yeniliklərin ümumiləşdirilməsi və qavranılmasını tələb edir.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı