İnternet məkanında reklam-marketinqin səmərəliyinin artırılması üçün sentiment analiz texnologiyalarının tətbiqi məsələləri araşdırılıb İyul 15, 2019 | 09:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 18 saylı şöbəsinin “İnternet məkanında reklam-marketinqin səmərəliyinin artırılması üçün sentiment analiz texnologiyalarının tətbiqi” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi.

Şöbənin baş mütəxəssisi Kəmalə Haşımova mövzu ilə bağlı çıxış edərək bildirdi ki, subyektiv informasiyanın fərqli onlayn mənbələrdən formalaşdırılması və çıxarılması üsulu olan sentiment analiz təbii dilin avtomatik istifadəsi və hazırlanmasıdır.

O, “Fear & Greed” indeksi barədə danışaraq bildirdi ki, kripto-məzənnə ticarətçilərin əhvalı ilə bağlı məlumatları toplayır, hər gün müxtəlif mənbələrdən duyğu və düşüncələri təhlil edir və onları rəqəmlərlə ifadə edir.

Elmi ədəbiyyatlarda maşın təlimi vasitəsilə, lüğət əsasında və qaydalara əsaslanan sentiment analizə rast gəlindiyini deyən K.Haşımova əhval-ruhiyyənin təyin edilməsi üsullarından bəhs etdi. O, Toronto Universitetinin professoru Keyt Otlin “emosiyaya psixoloji yanaşma” konsepsiyası və rus psixofizioloqu, biofizik, akademik Pavel Simonovun təklif etdiyi yanaşma barədə danışdı.

K.Haşımova əhval-ruhiyyənin lüğət üzrə analizi üçün təbii dilin emalı (Natural Language Processing), başa düşülməsi (Natural Language Understanding) və generasiyası (Natural Language Generation) üsullarını təqdim etdi. Qeyd etdi ki, müştərilərin məmnunluğunun artırılması və məhsul satışının məqsədyönlü aparılması üçün marketoloqlar tərəfindən texniki və fundamental analizlər aparılır, sosial şəbəkələrdə rəqiblərin qiymətləndirilməsinə böyük əhəmiyyət verilir.

Sonda məruzəçi sentiment analizlə bağlı nəşr olunan elmi əsərləri diqqətə çatdırdı.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. Mövzu ilə bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev İnternet məkanında reklam-marketinqin səmərəliyinin artırılmasında sentiment analiz texnologiyalarının tətbiqinin vacib məsələlərdən olduğunu bildirdi, bu istiqamətdə tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı