Kəmalə Kamil qızı Həşımova 1963-cü ildə anadan olmuşdur. 
1983-1989-cu illərdə Azərbaycan Texniki Universitetinin (Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu) “Elektron hesablayıcı maşınları” ixtisası üzrə ali təhsil almışdır.

1985-ci ildən AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda (Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi) texnik, proqramçı, elmi işçi, sektor müdiri vəzifələrində işləmişdir. Hal-hazırda baş mütəxəssis vəzifəsində çalışır.

AMEA-nın ictimai həyatına dair “Fotoqalereya” bazasında müxtəlif məlumatların– mətn, foto, audio, video tipli materialların sistemləşdirilməsi və korporativ istifadəsinin təmin edilməsi üçün e-elmin tərkib hissəsi kimi rəqəmsal multimedia informasiya sisteminin yaradılması və istismarının təşkilində xüsusi xidmətləri vardır. AMEA-nın www.science.az portalının yaradılmasında iştirak etmişdir.

İnternet platformasında rəqəmsal iqtisadiyyatın əsas mexanizmlərindən biri olan reklam və marketinq fəaliyyətinin, yeni texnologiyaların tətbiqi ilə, səmərəliliyinin qiymətləndirilməsi istiqamətində məqsədyönlü elmi araşdırmalar aparmış və bir sıra diqqətəlayiq elmi nəticələr əldə etmişdir. O, bir çox beynəlxalq və respublika səviyyəli konfranslarda iştirak etmiş, məqalələri nüfuzlu jurnallarda nəşr edilmişdir, bir çox elmi işin müəllifidir.  
İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir.


Elmi əsərləri haqqında məlumat.

 

Xidməti tel.: (+994 12) 51 42 74

Elektron poçt: hashimovakama@gmail.com