İnstitutda antiplagiat sisteminin yaradılması istiqamətində işlər görülür Fevral 28, 2019 | 09:45 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında institutun böyük elmi işçisi Rəhilə Həsənova “Plagiatlığın aşkarlanması və onunla mübarizə üsulları” haqqında məruzə ilə çıxış etdi. Plagiatlığın növlərindən danışan məruzəçi bildirdi ki, plagiatlıq birbaşa köçürmək, minimalist (mənbə materialından bir neçə söz və ya frazanın dəyişdirilməsi, lakin əsas məzmun və strukturun eyni saxlanılması), birləşdirmək və digər üsullarla həyata keçirilir.

R.Həsənova İnternetdə onlayn olaraq təqdim olunan “Advego Plagiatus”, “Plagiarism Checker”, “antiplagiarism.NET” və s. antiplagiat sistemlərindən söz açdı, plagiatlıqla mübarizə yollarını diqqətə çatdırdı.

R.Həsənova institutda antiplagiat xidmətinin yaradılması istiqamətində işlərin görüldüyünü qeyd edərək institut əməkdaşları tərəfindən təqdim olunmuş məqalələrin yoxlanılması prosesi barədə məlumat verdi, bu prosesin sənədlərin qəbulu, mətnin antiplagiat proqramında yoxlanılması və nəticələrin təqdim edilməsi mərhələlərindən ibarət olduğunu söylədi.

Antiplagiat proqramının iş prinsipindən bəhs edən R.Həsənova onun faylların bir-bir daxil edilməsi, sorğuların cavablandırılması, hər bir axtarış sisteminə görə nəticələrin əldə edilməsini nəzərdə tutduğunu vurğuladı.

Daha sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək institutda antiplagiat sahəsində elmi-tədqiqatların aparıldığını bildirdi, bu istiqamətdə aparılan tədqiqatların daha da dərinləşdirilməsini və dissertasiya işlərinin hazırlanmasını tövsiyə etdi.

Akademik antiplagiatlıq sahəsində institutda peşəkar xidmətin istifadəyə verilməsi istiqamətində görülən işlərdən bəhs edərək qurumda antiplagiat sisteminin yaradılması və tətbiqinin plagiatlıqla mübarizə baxımından böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı.

Məruzə ətrafında gedən müzakirələrdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdirləri – texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmmaverdiyev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev, eləcə də texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova və texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev çıxış edərək təklif və tövsiyələrini səsləndirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı