İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclası keçirildi Mart 06, 2018 | 03:00 / Konfranslar, iclaslar

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın növbəti iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələləri diqqətə çatdırdı. 

Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov çıxış edərək 2018-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbul olunan iddiaçılar haqqında ətraflı məlumat verdi. Elmi şuranın qərarı ilə dissertantların elmi rəhbərləri və tədqiqat mövzuları təsdiq olundu. 

İnstitut əməkdaşlarının qrant layihələrdə iştirakı ilə bağlı çıxış edən R.Əliquliyev ölkəmizdə dövlət tərəfindən maliyyələşən elm fondlarının respublikada fəaliyyət göstərən alimlərin fəaliyyətini dəstəkləmək və onlara əlavə yaradıcılıq imkanları yaratmaq məqsədilə geniş imkanlar açdıqlarını və  mütəmadi olaraq müsabiqələr elan etdiklərini söylədi. Alim institut əməkdaşlarına ölkə daxilində və beynəlxalq müstəvidə təqdim olunan layihələrdə fəal iştirak etməyi, elmi fəaliyyətlərini stimullaşdırmağı və rəqabətədavamlı tədqiqatlarla məşğul olmağı tövsiyə etdi.  

İnstitutun direktor müavini Şakir Mehdiyev institutun sosial şəbəkələrdə təmsil olunmasına dair çıxış etdi. Ş.Mehdiyev qurumun fəaliyyətinin sosial şəbəkələrdə təbliğatının fəal şəkildə aparılmasının vacib məsələlərdən olduğunu qeyd edərək institutun azərbaycan, rus və ingilis dillərində “Facebook” və “Twitter” səhifələrinin mövcud olduğunu söylədi. Məruzəçi, həmçinin institutun sosial şəbəkələrdə izləyicilərinin sayının artırılması istiqamətində təkliflərini səsləndirdi.

Sonra institutun bir qrup əməkdaşının dosent elmi adını alması ilə əlaqədar müraciətləri məsələsinə baxıldı. Elmi şuranın üzvləri tərəfindən səsvermə yolu ilə “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktorları Bikəs Ağayev, Rəna Qasımova, Lyudmila Suxastat, “Siyasi institutlar, etnosiyası konfliktologiya, milli və siyasi proseslər” ixtisası  üzrə isə siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Həsənliyə dosent elmi adının verilməsi haqqında Ali Attestasiya Komissiyası yanında vəsatət qaldırılması tövsiyə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı