RənaTofiq qızı Qasımova 1961-ci ildə anadan olmuşdur.
1985-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsini bitirmişdir.
1985-ci ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul olunmuşdur.
Müxtəlif təyinatlı sistemlərin: “Auditorlar Palatası” verilənlər bazası idarəetmə sisteminin (VBİS), “Kadrlar” korporativ informasiyasi steminin yaradılması ilə məşğul olmuşdur. AMEA-nın www.science.az portalının yaradılmasında iştirak etmişdir.
Qərarların qəbul edilməsini dəstəkləmək məqsədi ilə çox ölçülü verilənlərin saxlanmasını və analizini yerinə yetirən texnologiyaların Azərbaycanda tətbiqi məsələlərini tədqiq etmişdir. Korporativ şəbəkə mühitində biliklərin idarə və əldə olunmasının (Data Mining) metod və alqoritmlərini tədqiq etmiş və paylanmış böyük informasiya resurslarına əsaslanan operativ analitik emal sistemlərində (OLAP – On-Line Analytical Processing) aqreqatlaşdırılmış verilənlərin analizi üsullarını araşdırmışdır.
Azərbaycan Respublikasının maraqlarına aid domen adları sistemi biliklər bazasının yaradılmasının elmi-nəzəri əsaslarının işlənməsi mövzusu üzərində elmi araşdırmalar aparmış və 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə “Milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Texnika üzrə fəlsəfə doktorudur və 2018-ci ildə dosent elmi adını almışdır.
Böyük verilənlərin analitikası problemlərinin tədqiqi mövzusunda araşdırmalar aparmışdır. Böyük verilənlərin real-vaxt ərzində emalı, analizi və idarə edilməsi prosesində problemləri tədqiq etmişdir. Big Data analizi prosesində gizli qanunauyğunluqların, naməlum korrelyasiyaların aşkarlanmasında mövcud olan problemləri təhlil etmiş və onların həlli üçün bəzi tövsiyələr vermişdir.
Hazırda rəqəmsal irsin (Rİ) formalaşması və yadda saxlanmasında mövcud problemləri tədqiq edir. Rİ-in texnoloji, texniki, itmə təhlükəsi, əlçatanlıq, təhlükəsizlik, hüquqi və s. problemlərini araşdırmışdır. Rİ obyektlərinin yadda saxlanmasında istifadə olunan metodları təhlil edərək Azərbaycanda milli irsin qorunması, saxlanması və rəqəmsallaşdırılması üzrə bir sıra təklif və tövsiyələr işləmışdir.
“İnternetdə domen problemləri və onların həlli yolları” kitabının və “Rəqəmsal irs: problemlər və perspektivlər” adlı ekspress-informasiyanın müəllifidir.
“Big data” problemlərinin tədqiqi və analizi, milli intellektual potensialın qiymətləndirilməsi istiqamətində elmi araşdırmalar aparır.
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı 70, beynəlxalq elmi mətbuatda dərc edilmiş əsərlərin sayı 35-dir.
İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir.
2018-ci ildə institutun Qadınlar Şurasının sədr müavini vəzifəsinə təyin olunmuşdur.
Hazırda institutun baş elmi işçisi vəzifəsində çalışır.
Elmi əsərləri haqqında məlumat
Xidməti tel.: (+994 12) 539 85 48, (+994 12) 497 53 08
Mob.tel.: (+994 51) 849 61 41
Elektron poçt: renakasumova@gmail.com