İnstitutda ixtisas üzrə doktorluq imtahanı keçirildi Dekabr 18, 2017 | 12:03 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” və “Kompüter elmləri” ixtisasları üzrə doktorluq imtahanı keçirildi. İmtahanda institutun dissertantları Babək NəbiyevRoza Şahverdiyeva  iştirak edirdilər.

Qeyd edək ki, AMEA Prezidentinin 27 oktyabr 2017-ci il 703 saylı “Qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən, “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” və “Kompüter elmləri” ixtisasları üzrə doktorluq imtahanının qəbul edilməsi üçün İnformasiya Texnologiyaları İnstitutunda  komissiya yaradılmışdır.

İmtahan komissiyasının sədri, institutun direktoru, akademik Rasim Əliquliyev, üzvləri – texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid ƏləkbərovAMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alquliyev, institutun elmi katibi Mədinə Səidova  və texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı