İnformasiya Texnologiyaları İnstitutunun magistraturasına qəbul üçün müsabiqə keçirildi 13.06.2018    14:15 / Mühüm hadisələr

12-13 iyun 2018-ci il tarixlərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda yüksək biliyə malik və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaq istəyi olan bakalavrların seçilməsi məqsədilə institutun magistratura pilləsinə qəbul üçün müsabiqə keçirilib.

İnstituta ayrılmış 4 yerə 25 nəfərin müraciəti qeydə alınıb. Onlardan 19 nəfəri müsabiqədə iştirak edib. Müsahibə iştirakçıları komissiyanın üzvləri – institutun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, institutun elmi katibi Mədinə Səidova və riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elxan Səbziyevin suallarını cavablandırıblar.

Müsahibə mərhələsinin gedişatı ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Günel Aldostova yaxından tanış olub.

Qeyd edək ki, institutun magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır. Magistrlər təhsil aldıqları müddətdə elmi tədqiqatla məşğul olmaq və tədqiqatın nəticələrini nüfuzlu jurnallarda dərc etdirmək, beynəlxalq və respublika səviyyəli konfranslarda, qrant layihələrində iştirak etmək, eləcə də xaricdə təcrübə qazanmaq imkanı əldə edirlər. Magistrlərə xarici dil, “Pedaqogika”, “Fəlsəfənin əsasları” və “Psixologiya”, eləcə də ixtisas fənləri institutun Tədris-İnnovasiya Mərkəzində peşəkar müəllimlər tərəfindən yüksək səviyyədə tədris edilir.

2018-2019-cu tədris ili üçün AMEA-nın magistraturasına qəbul olunanların siyahısı iyunun 28-də açıqlanacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR