İnformasiya Texnologiyaları İnstitutunun magistraturasına qəbul üçün müsabiqə keçirilib 16.06.2017    10:00 / Mühüm hadisələr

İnstituta ayrılmış 2 yerə 48 nəfərin müraciəti qeydə alınıb. 

13-14 iyun 2017-ci il tarixlərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda yüksək biliyə malik və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaq istəyi olan bakalavrların seçilməsi məqsədilə institutun magistratura pilləsinə qəbul üçün müsabiqə keçirilib.

İnstituta ayrılmış 2 yerə 48 nəfərin müraciəti qeydə alınıb. Onlardan 36 nəfəri müsabiqədə iştirak edib. Müsahibə iştirakçıları komissiyanın üzvləri – institutun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, institutun elmi katibi Mədinə Səidovanın suallarını cavablandırıblar.

Müsahibə mərhələsinin gedişatı ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Günel Aldostova yaxından tanış olub.

Qeyd edək ki, institutun magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır. Magistrlər təhsil aldıqları müddətdə elmi tədqiqatla məşğul olmaq və tədqiqatın nəticələrini nüfuzlu jurnallarda dərc etdirmək, beynəlxalq və respublika səviyyəli konfranslarda, qrant layihələrində iştirak etmək, eləcə də xaricdə təcrübə qazanmaq imkanı əldə edirlər. Magistrlərə xarici dil, informatika və ixtisas fənləri institutun Tədris-İnnovasiya Mərkəzində peşəkar müəllimlər tərəfindən yüksək səviyyədə tədris edilir.

2017-2018-ci tədris ili üçün AMEA-nın magistraturalarına qəbul olunanların adları yaxın günlərdə açıqlanacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

6 DEKABR - RABİTƏ VƏ İT İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR