Həkimlərə “rəqəmsal pasiyentlər” üzərində təlim keçəcəklər

28 Aprel 2015 - 16:00 | Maraqlı məlumatlar
Həkimlərə “rəqəmsal pasiyentlər” üzərində təlim keçəcəklər, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

naked-science.ru saytının məlumatına əsasən, Sinqapurda keçirilən “Smart Nations Innovation” konfransı zamanı alimlər “Rəqəmsal pasiyentlər” layihəsini təqdim ediblər.

“İnsan beynini və ya ürəyini skan edərək hiper-realistik holoqram yaradılır. Həkimlər bu holoqramdan istifadə etməklə orqanda yaranmış problemləri müəyyənləşdirir və müalicə edir”, - deyə ABŞ-ın “Microvena” əczaçılıq şirkətinin təsisçisi Rudi Mazoççi bildirib.

Onun sözlərinə görə, qabaqcıl texnologiyaların köməyi ilə pasiyentin bədəninin virtual kartını və orqanlarının rəqəmsal surətini yaratmaq mümkündür. Xüsusi cihazlardan istifadə etməklə həkim pasiyenti fiziki olaraq hiss edə biləcək. Beləliklə, cərrah ilkin virtual əməliyyatı həyata keçirəcək və “məşqlərin nəticəsini görəcək.