İnstitutun əməkdaşı “Əsas qrant proqramı – 2013” müsabiqəsinin qalibi olub

09 Dekabr 2014 - 16:31 | Mühüm hadisələr
İnstitutun əməkdaşı “Əsas qrant proqramı – 2013” müsabiqəsinin qalibi olub, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi, institutun Gənc alim və mütəxəssislər şurasının üzvü, texnika üzrə fəlsəfə doktoru Fərqanə Abdullayeva Bulud texnologiyalarında identifikasiya federasiyasının dinamik idarə edilməsi metodlarının işlənilməsi” layihəsi üzrə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun “Əsas qrant proqramı – 2013” müsabiqəsinin qalibi olub.

Layihənin məqsədi buludlar arasında çevik və dinamik federasiyanı həyata keçirmək üçün inam qərarı qiymətini ani hesablamağa imkan verə bilən metodların işlənməsidir.

Layihədə bulud texnologiyalarında inam məsələlərinin tədqiqi, bulud texnologiyalarında federativ idarəetmənin mövcud boşluqlarının qiymətləndirilməsi üsulunun işlənməsi, bulud provayderinin ilkin inam xalının hesablanması üsulu, ilkin inam və boşluq xallarının qeyri-səlis aqreqasiyası vasitəsilə dinamik federasiya qərarı qəbul edən sistemin qurulması üsulunun işlənməsi və s. istiqamətlərdə araşdırmaların aparılması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.