sa sa sa
Struktur bölmənin adı Tədris-İnnovasiya Mərkəzi
Tel.: (994 12) 5397741, (994 12) 5100759
E-mail: training_center@iit.science.az 
Struktur bölmənin rəhbəri: Rəsmiyyə Şərif qızı Mahmudova
İşçilərin ümumi sayı: 23
Əsas elmi istiqamətləri:
  • İnformasiya mədəniyyətinin formalaşması və qiymətləndirilməsi problemləri;
  • Elektron vətəndaşlıq səviyyəsinin qiymətləndirilməsi problemləri;
  • Jestlərin tanınması problemləri;
  • İnklüziv təhsildə informasiya-kommunikasiya  texnologiya­la­rı­nın tətbiqi məsələləri;
  • İnformatika fənninin tədrisində intellektual oyunlardan istifadə məsələləri

 

Əsas elmi nəticələri:
  • Fərdlərin informasiya mədəniyyətinin formalaşdırılmasının elmi-nəzəri problemləri müəyyən olunmuşdur;
  • Fərdlərin informasiya mədəniyyətinin xüsusiyyətləri analiz olunmuş və yeni konsepsiyası işlənilmişdir;
  • İnformasiya mədəniyyətinin qiymətləndirilməsi üçün  iyerarxik kriteriyalar sistemi işlənmişdir;
  • Fərdlərin informasiya mədəniyyətinin çoxkriteriyalı qiymətlən­diril­məsi üçün qeyri-səlis VIKOR metodunun effektiv variantı təklif edilmişdir;
  • Fərdlərin informasiya mədəniyyətinin çoxkriteriyalı qiymətlən­diril­məsi üçün qeyri-səlis TOPSIS metodunun, çəkili variantı təklif edilmişdir.

 

Digər fəaliyyət istiqamətləri
  • AMEA-nın magistraturasında təhsil alan tələbələrə ümumi və seçmə fənnlərin tədrisi və imtahanların təşkili işləri həyata keçirilir;
  • Müxtəlif kompüter proqramları (proqramlaşdırma dilləri, dizayn proqramları, riyazi proqram paketləri, MS Office proqramları və s.) üzrə fərdi və qrup şəklində  kurslar təşkil olunur;
  • Tələbələr arasında proqramlaşdırma və informatika üzrə olimpiadalar təşkil olunur;
  • Bölgələrdə yaşayan tələbələr üçün distant kurslar və imtahanlar təşkil olunur;
  • AMEA-nın institut və təşkilatlarında fəlsəfə doktoru proqramı hazırlığı üzrə qəbul imtahanlarının (fəlsəfə və ixtisas fənnlərindən) və doktorant və dissertantların ixtisas fənnindən  doktorluq imtahanlarının elektron test üsulu ilə keçirilməsinə dəstək göstərilir;
  • İnformasiya texnologiyaları sahəsində bilik və bacarıqların yüksəldilməsi məqsədinə xidmət edən müxtəlif innovativ layihələr hazırlanır və həyata keçirilir;
  • Müraciət əsasında vətəndaşların müxtəlif kompüter proqramları üzrə bilik səviyyəsi yoxlanılır və sertifikatlaşdırılır.
QARABAĞ AZƏRBAYCANDIR!
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti