“Instagram” ən sürətlə inkişaf edən sosial xidmətdir

22 Yanvar 2014 - 16:00 | Texnoloji yeniliklər
“Instagram” ən sürətlə inkişaf edən sosial xidmətdir

Şəkil və videoların mübadiləsi xidməti olan “Instagram” dünyada ən sürətlə yayılan sosial xidmət adlandırılıb. 

32 ölkədən 170 min istifadəçinin iştirak etdiyi sorğunun nəticələrinə görə, son altı ay ərzində Instagram-ın fəal istifadəçi bazası 23% artıb. 

gazeta.ru saytında bildirilir ki, bu xidmət ən məşhur sosial platformaların siyahısında yenə də Facebook, YouTube, Google+, Twitter və LinkedIn-dən geri qalır. 

Qeyd edək ki, 2013-cü ildə ABŞ-da ən sürətlə inkişaf edən sosial xidmət Pinterest olmuşdur.