Biometrik texnologiyalar kəskin sürətlə inkişaf edəcək

07 May 2015 - 15:00 | Maraqlı məlumatlar
Biometrik texnologiyalar kəskin sürətlə inkişaf edəcək

“Tractica” analitik şirkəti yaxın 10 ildə dünya biometrik texnologiyalar bazarının kəskin inkişafını proqnozlaşdırır.

Bu seqmentdə mədaxilin 2 milyard dollardan 14,9 milyard dollaradək yüksələcəyi gözlənilir.

Beləliklə, bazarda orta illik artım sürəti 25,3 faiz və həmin dövr üçün ümumi gəlir 67,8 milyard dollar təşkil edəcək.

“İstehlakçılar barmaq izi, səs, gözün skan edilməsi, hətta elektrokardioqramların köməyi ilə maliyyə əməliyyatlarını təsdiq edə biləcək. Bu, parollardan istifadə zamanı meydana çıxan riskləri xeyli azaldacaq”, - deyə şirkətin aparıcı analitiki Bob Lokxat bildirib.

Ekspertlərin fikrincə, tibb, maliyyə sahəsi, istehlak elektronikası bazarı və hökumət təşkilatlarında biometrik texnologiyalara daha böyük tələbat olacaq.

Asiya, Avropa və Şimali Amerika bazarlarında biometrik texnologiyaların istifadə olunmasından böyük gəlir əldə olunacağı gözlənilir.

ictnews.az