ABŞ-ın Los-Anceles Kaliforniya Universitetində 3D-printerin köməyi ilə xüsusi aksessuar hazırlanıb. Bu qurğu adi smartfonu DNT liflərini ayırd etməyə imkan verən mikroskopa çevirir. Yeni sistem böyük və qiyməti yüksək olan tibbi avadanlıqları əvəz etməklə yanaşı, bir çox xəstəliklərin diaqnostikası üçün istifadəyə yararlıdır.
4pda.ru saytının məlumatına görə, qiyməti nisbətən aşağı olan və portativ tibbi diaqnostik qurğular dünyanın az təminatlı ölkələrində və ucqar ərazilərdə yaşayan insanlara kömək ola bilər. Xüsusi mobil mikroskop smartfona Windows Phone əməliyyat sisteminin idarəsi altında əlavə olunur.
Bütün hesablamalar smartfon və ABŞ-da fəaliyyət göstərən institutun serveri tərəfindən emal edilir, nəticələr isə smartfonun ekranında görünür. Mikroskop DNT-nin 10 min və daha artıq lif cütünü dəqiqliklə ölçməyə imkan versə də, 5 min lif cütünü ölçən zaman dəqiq nəticə əldə olunmur.