“Facebook”un auditoriyası “qocalır”

07 Fevral 2014 - 11:27 | Texnoloji yeniliklər
“Facebook”un auditoriyası “qocalır”

“iStrategyLabs” şirkətinin analitikləri tərəfindən hazırlanmış hesabata əsasən, dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook" son zamanlar gəncləri daha az, yaşlıları isə daha çox maraqlandırmağa başlayıb. 

Belə ki, son 3 il ərzində Amerikada Facebook-un 13-17 yaşlı istifadəçilərinin sayı 25,3%-ə qədər azalıb. Həmin dövr üçün 18-24 yaş arası yeniyetmələrin sayı isə 7,5% az olub. Eyni zamanda ən böyük sosial şəbəkənin 55 yaşdan yuxarı amerikalı istifadəçilərinin sayı birdən-birə 80,4% artıb. Facebook-un 35-dən 54-ə qədər olan yaş qrupunun auditoriyası 41,4%, 25-34 yaş arası istifadəçilərin sayı isə 32,6% artıb. 

pitbit.ru saytının məlumatına görə, artıq gənclərin Facebook-a marağı itməkdədir. Onlar hazırda yeni sosial resurslar, müxtəlif mobil messencerlər, həmçinin sosial fotoxidmətlərə daha çox maraq göstərirlər.