Kolumbiyada əlillər üçün protezlərin hazırlanmasında 3D-çap texnologiyasından istifadə edilir

29 Aprel 2015 - 12:05 | Maraqlı məlumatlar
Kolumbiyada əlillər üçün protezlərin hazırlanmasında 3D-çap texnologiyasından istifadə edilir

Kolumbiyalı alim Kristian Silva hərbi əməliyyatlar zamanı xəsarət alan uşaqlara kömək məqsədilə xüsusi üçölçülü printerdən istifadə etmək qərarına gəlib. O, könüllülər qrupu ilə birlikdə ölkədə minlərlə əlili ucuz protezlərlə təmin edəcək texnologiya hazırlayıb.

3D-printerdə çap olunan protezlər möhkəm və elastik alınır ki, bu da itirilmiş bədən üzvlərinin qismən əvəz olunmasını təmin edir.

tass.ru saytının məlumatına görə, K.Silva layihə sayəsində onlarla kolumbiyalı uşağın sərbəst hərəkət etməsinə yardımçı olub.

Protezin qiyməti 100 ABŞ dolları təşkil edir.