İnsan beyninin fəaliyyətini əks etdirən neyrogüllər təqdim olunub

28 Aprel 2015 - 15:00 | Texnoloji yeniliklər
İnsan beyninin fəaliyyətini əks etdirən neyrogüllər təqdim olunub

Aprelin 9-dan 11-dək San-Fransiskoda (ABŞ) keçirilən “Market Street Prototyping Festival”da insan beyninin fəaliyyətini əks etdirən interaktiv güllər təqdim olunub.

Günəş enerjisi ilə işləyən robotlaşdırılmış güllər insanın müxtəlif psixi vəziyyətlərini müəyyən etmək üçün neyrokontrollerdən istifadə edir. Əldə edilmiş informasiya robotlaşdırılmış gülləri açılmağa və rəngini dəyişdirməyə məcbur edir.

robo-hunter.com saytının məlumatına əsasən, “NeuroFlowers” layihəsinin müəllifi Eşli Nyuton neyrogüllərin insanların öz beyninin fəaliyyətini “görməsi” üçün hazırlandığını bildirib.

Onun sözlərinə görə, insanların psixi vəziyyətlərinin viziuallaşdırılmasına imkan verən interaktiv güllər şəxsi reallığın yaradılmasına real nümunədir.