2014-cü ildə təxminən 40 milyon ton elektron qurğu zibilliyə atılıb

28 Aprel 2015 - 14:40 | Maraqlı məlumatlar
2014-cü ildə təxminən 40 milyon ton elektron qurğu zibilliyə atılıb

itexpert.org.ua saytının məlumatına əsasən, 2014-cü ildə dünyada 40 milyon ton elektron və elektrotexnika məhsulu zibilliyə atılıb.

Həmin qurğularda olan faydalı materialların ümumi dəyəri 50 milyard dollar təşkil etsə də, onların yalnız 15 faizi istifadə olunmuşdur.

Bu elektron tullantıların tərkibində qiymətli və nadir metallar var. Lakin onların hasilatı çətin prosesdir və zəhərlənmə ilə nəticələnə bilər.

Proqnozlara görə, bütün dünyada elektron və elektrotexnika sənayesinin tullantılarının həcmi yaxın 3 il ərzində 20 faiz artacaq.