Müasir 3D-printerlər oyuncaq, silah, ərzaq və ya fərdi protezlər kimi müxtəlif predmetlər yaratmağa imkan verir.
hitech.newsru.com saytının məlumatına görə, Avstraliyanın Vullonqonq Universitetinin alimləri bu sahədə mövcud texnologiyanı təkmilləşdirərək 4D-çap texnologiyasını yaradıblar.
Real obyektlərin yaradılması üçün 4D-çap texnologiyası dedikdə üç ölçü ilə yanaşı, dördüncü ölçü - vaxt amili də nəzərdə tutulur.
4D-printer obyekti 3D-printer kimi qat-qat çap edir. Lakin çap üçün plastik kütlədən deyil, digər materiallardan istifadə olunur.
Avstraliya alimləri təcrübə üçün xarici amillərin təsiri altında öz həcmini dəyişdirmək qabiliyyətinə malik olan hidrogeldən istifadə ediblər.
Onların fikrincə, yeni texnologiya geniş tətbiq perspektivlərinə malikdir və yaxın gələcəkdə dünyanı dəyişdirəcək.