Sinqapurun Nanyansk Texnologiya Universitetinin (NTU) alimləri evin divarlarını miniatür səs gücləndirici və mikrofon kimi rəqəmsal qurğulara çevirməyə imkan verən çap elektronikasının yeni növünü yaradıblar.
hi-news.ru saytının məlumatına əsasən, mürəkkəb elektron sxemləri istənilən səthdə çap etmək, material kimi kağız, alüminium və nazik plastik örtükdən istifadə etmək olar.
“Ağıllı” elektronikanı, hətta divar kağızının üzərində çap etmək mümkündür”, - deyə bildirən NTU-nun professoru Cozef Çanın fikrincə, yeni elektronika kompüteri yalnız səsin köməyi ilə idarə etmək arzusunda olan yaşlı insanlar üçün daha faydalı olacaq.
Onun sözlərinə görə, divarla “danışarkən” divar insana səs gücləndiricilər vasitəsilə cavab verir. “Ağıllı” divar kağızları zəng etmək funksiyasına da malikdir.
Qeyd edək ki, yeni texnologiyanın səhiyyə və digər sahələrdə tətbiq olunması nəzərdə tutulur.