Ağıllı saatlar və ya riderlər kimi portativ qurğularda monoxrom E-Ink-ekranları görməyi vərdiş etmişik. Lakin elektron mürəkkəblərin imkanları bununla məhdudlaşmır.
E-Ink şirkəti əsasını elektron mürəkkəb texnologiyasının təşkil etdiyi rəngli divar kağızlarını təqdim edib. Bu yenilik adi divar ilə inteqrasiya edə və bu zaman verilən təsviri və ya rəngi dəyişə bilir.
hi-news.ru resursunun məlumatına görə, bu kimi divar kağızları rəssam və dizaynerlər üçün daha əlverişlidir. Belə ki, onlar öz yaradıcılıq nümunələrini əyani görə və son nəticəni asanlıqla dəyişə bilərlər.
Bundan əlavə, elektron divar kağızlarından məişət ehtiyacları, reklam məqsədləri ilə də istifadə oluna bilər. E-kağızdan istifadə sayəsində oboylar yalnız təsvirin yenidən çəkilməsi üçün minimal enerji sərf edəcək.
Şirkətdən bildirilənə görə, bu texnologiyanın köməyilə mükəmməl vitrinlər, pəncərə və ya divarlar yaradıla bilər.