Təsviri üçölçülü modelə çevirən yeni proqram hazırlanıb

22 Aprel 2015 - 15:00 | Texnoloji yeniliklər
Təsviri üçölçülü modelə çevirən yeni proqram hazırlanıb

ABŞ-ın “MakerBot” şirkəti iPad üçün ödənişsiz “Shape Maker” proqramını hazırlayıb.

popmech.ru saytının məlumatına görə, bu proqram əl ilə çəkilmiş eskizləri 3D-modellərə çevirə bilir. Proqramdan yararlanmaq üçün modelin eskizini və ya fotosunu çəkdikdən sonra detalların çap olunması üçün parametrləri tənzimləmək kifayətdir.

Lakin bu proqram dəqiq mexanizmlərin xırda detallarının peşəkar çapı üçün yetərli deyil.