Sağlamlıq üçün ən təhlükəli smartfonlar

16 Aprel 2015 - 10:51 | Maraqlı məlumatlar
Sağlamlıq üçün ən təhlükəli smartfonlar

Ekspertlər elektromaqnit şüalanması baxımından sağlamlıq üçün təhlükəli smartfonların reytinqini açıqlayıblar.

itexpert.org.ua saytının məlumatına görə, mütəxəssislər xüsusi absorbsiya dərəcəsini (Specific Absorption Rate, SAR) ölçüblər. Buna əsasən, vahid vaxtda orqanizm tərəfindən udulan elektromaqnit şüalanmanın miqdarı təyin edilir.

Ekspertlərin fikrincə “lider” “HTC One Mini 2” smartfonudur. İkinci və üçüncü yerlərdə “Nokia Asha 503” və “iPhone 5s” dayanır.

SAR-ın aşağı səviyyəsi “Samsung Galaxy Note”, “LG G3”, “Samsung Galaxy S6 Edge”, “BlackBerry Passport” və “HTC Desire 620” smartfonlarında aşkar olunub.

Həmçinin məlum olub ki, “Samsung Galaxy Mega” smartfonu “iPhone 6”-ya nisbətən daha az zərərlidir.