Dünyanın ən populyar şəxsləri

14 Yanvar 2014 - 12:11 | Texnoloji yeniliklər
Dünyanın ən populyar şəxsləri, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

“You.Gov” şirkəti tərəfindən “Times” qəzeti üçün keçirilən sorğunun nəticələrinə görə, “Microsoft” korporasiyasının təsisçisi Bill Qeytsdünyanın ən populyar insanlarından biridir. 

İkinci yeri ABŞ prezidenti Barak Obama, üçüncü yeri isə Roma Papası Fransiskini geridə qoyaraq Rusiya prezidenti Vladimir Putin tutub. 

Liderlər onluğuna Çin Xalq Respublikasının sədri Si Szinpin (6-cı yer), investor-milyarder Uorren Baffet (8-ci yer) də daxildir. Onluqda ümumilikdə dörd Hindistan nümayəndəsi yer alıb. 30 ən populyar insanın siyahısına isə bu ölkənin yeddi nümayəndəsi daxildir. 

Çində keçirilən sorğuda B.Qeytsin reytinqi Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Si Szinpindən iki dəfə yüksək olub. 

itexpert.org.ua saytının məlumatına görə, britaniyalılar arasında dünyanın ən populyar şəxsi Stiven Hokiq seçilib. 

Sorğuda dünyanın 13 ölkəsindən (Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Misir, Hindistan, İndoneziya, Çin, Nigeriya, Pakistan, Rusiya, ABŞ, Fransa) təxminən 14 min adam iştirak edib.