AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdindəki FD.01.231 Dissertasiya şurasının bu gün keçirilmiş iclasında 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Mehrdad Haşeminin “Qaz-lift prosesində optimal həllərin qurulması üçün paralel alqoritmlərin işlənməsi” və Almaz Əliyevanın “Çaylarda su ehtiyatlarının səmərəli istifadə sisteminin kompüter modelinin işlənməsi” mövzusunda dissertasiya işləri üzrə rəsmi opponentlər, aparıcı təşkilat və müdafiə tarixi təyini edildi.
İclasda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Mehrdad Haşeminin dissertasiya işi üzrə rəsmi opponentlər texnika üzrə elmlər doktoru, professor Məhəmməd Əhmədov və texnika üzrə fəlsəfə doktoru Taleh Əsgərov, aparıcı təşkilat AMEA İdarəetmə Sistemləri İnstitutu təsdiq olundu.
Digər iddiaçı Almaz Əliyevanın dissertasiya işi üzrə rəsmi opponentlər texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktoru Lalə Kərimova, aparıcı təşkilat isə Azərbaycan Texniki Universitetiniin “Kompüter sistemləri və şəbəkələri” kafedrası təsdiq edildi.
Hər iki dissertasiya işi üzrə müdafiə 29 may 2015-ci il tarixinə təyin olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.