“Google” şirkəti mini-kompüterini təqdim edib

03 Aprel 2015 - 14:40 | Maraqlı məlumatlar
“Google” şirkəti mini-kompüterini təqdim edib

“Google” şirkəti “Chrome OS” bulud platforması əsasında işləyən “Chromebit” mini-kompüterini təqdim edib. Cihaz “HDMI” portu vasitəsilə televizor, monitor və ya proyektora qoşula bilir.

ictnews saytının məlumatına görə, “Google” ilə bir neçə layihə üzərində işləmiş “Asus” şirkəti “Chromebit” istehsalı ilə məşğul olur. Brelok formasında hazırlanmış fərdi kompüter maksimal dərəcədə yığcamdır.

Yeni cihazın çəkisi təxminən 90 qramdır, “HDMI” konnektor və “USB” porta malikdir. Qurğu dördnüvəli “Rockchip 3288 ARCM” prosessoru, “Mali 760” qrafikası, 2 Gb əməli yaddaş, 16 Gb-lıq fləş yaddaş, “Wi-Fi 801.11ac” və “Bluetooth” modulları ilə təchiz edilib.

Üç rəng tərtibatında hazırlanacaq “Chromebit” mini-kompüteri cari ilin yayında satışa çıxarılacaq. Qurğunun dəyəri açıqlanmayıb.