AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının “A Model of Computational Resources Distribution Among Data Center Users” (Verilənlərin emal mərkəzlərində istifadəçilərə hesablama resurslarının paylanması modeli) adlı məqaləsi “SCOPUS” bazasında indeksləşən (H-İndeks-17) “International Journal of Advancements in Computing Technology”-də (IJACT) dərc olunmuşdur.
Məqalədə Data Mərkəzdə istifadəçilərə hesablama resurslarının ayrılması və ya yeni istifadəçinin qoşulması şərti müəyyənləşdirilmişdir. Bu zaman Data Mərkəzdə həll edilən məsələlər eynigüclü qəbul edilmiş və bir məsələnin həlli üçün ayrıla bilən paralel prosessorların sayından asılı olaraq məsələnin həllinə sərf edilən zamanın dəyişməsi modeli qurulmuşdur. Məsələlərin həllinə sərf edilən zamanla paralel prosessorların sayı arasındakı əlaqə hiperbolik funksiya kimi təyin edilmişdir. Yekun olaraq Data Mərkəzdə yeni istifadəçiyə hesablama gücünün ayrılması şərti müəyyən edilmişdir.
International Journal of Advancements in Computing Technology - IJACT
Volume 7, Number 2, March 31 2015, p. 1-6.
A Model of Computational Resources Distribution Among Data Center Users
Rashid Alakbarov, Fahrad Pashayev, Mammad Hashimov
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.