DARPA agentliyi GPS-ə alternativ hazırlayır

30 Mart 2015 - 14:00 | Maraqlı məlumatlar
DARPA agentliyi GPS-ə alternativ hazırlayır

ABŞ-ın Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Tədqiqatları Agentliyi olan DARPA “Milli təhlükəsizliyin təmin olunması üçün yüksək texnologiyalar” adlı illik hesabatını dərc edib. Hesabatda GPS (Global Positioning System) siqnallarının “yatırılması” şəraitində də işləyən adaptiv naviqasiya sistemi layihəsinin adı çəkilir. 

Peyk naviqasiya sistemi rəqibin ərazisində döyüşlərin müvəffəqiyyətli icrası üçün əsas vasitə hesab olunur. Onun köməyi ilə kəşfiyyat, hədəfin göstərilməsi və bütün hərəkətlərin koordinasiyası yerinə yetirilir.

Lakin GPS siqnalının “yatırılması” zamanı bu ağıllı texnika yararsız olur. Həmçinin dağlıq ərazilər, meşələr, tunellər və böyük binalar kimi bir çox yerlərdə peykdən məlumatların qəbulu çətinləşir.

computerra.ru saytının məlumatına görə, DARPA mütəxəssisləri bu məhdudiyyətlərin öhdəsindən gəlməyə çalışaraq naviqasiyanın alternativ metodlarını hazırlayırlar. Keçən il bu sahədə bütün əməliyyatları Adaptiv Naviqasiya Sistemləri (Adaptable Navigation Systems, ANS) adını almış ümumi layihədə birləşdirmək qərara alınıb.

ANS-in əsasında əvvəllər olduğu kimi, GPS dayanır, lakin siqnal itkisi zamanı alternativ metodlar işlənilir. İnersiyalı koordinatlar sistemi hesablamanın nöqtəsi kimi son məlum olan yerdən istifadə edir, analizə görə sürətin və yerdəyişmənin istiqamətini hesablayır.

Lakin bu layihənin reallaşdırılmasına ən yaxşı halda illər sərf olunacaq. Agentlik hələ bu proqramlar üzrə heç bir prototipə malik deyil. DARPA ildə perspektivli tədqiqatların 250 proqramı üzrə iki mindən çox müqavilə yerinə yetirir. Agentlik rəsmi olaraq müəyyən olunmuş 313 mütəxəssisdən əlavə, aparıcı universitetləri, şirkətləri və qeyri-kommersiya təşkilatlarını əməkdaşlığa cəlb edir.