Britaniyanın “Halifax” Maliyyə İnstitutu istifadəçinin unikal ürək döyüntüsünü analiz etməklə onun şəxsiyyətini təsdiq edən yeni texnologiyanı sınaqdan keçirir.
“Halifax”-ın Kanadanın “Bionym” şirkəti ilə birgə hazırladığı bilərzik vasitəsilə istifadəçilər öz İnternet banklarına daxil ola biləcəklər.
Mobil qurğulara “Bluetooth” ilə birləşən bilərzik istifadəçinin unikal elektrokardioqramını tanıyan quraşdırılmış ötürücü ilə təchiz olunub. Bununla “Halifax” bankının müştəriləri bilərzik vasitəsilə mobil qurğulardan parol və PİN kod daxil etmədən şəxsi kabinetlərinə daxil ola bilərlər.
Ötən ilin sentyabr ayında “Bionym” bilərzik üçün 10 min sifariş alıb. Hazırda şirkət “Royal Bank of Canada” və digər Kanada bankları ilə əməkdaşlıq edir.