200 GB tutuma malik “microSD” yaddaş kartı təqdim olunub

03 Mart 2015 - 16:01 | Texnoloji yeniliklər
200 GB tutuma malik “microSD” yaddaş kartı təqdim olunub

SanDisk” şirkəti Barselonada keçirilən “Mobile World Congress 2015” (MWC) texnoloji yeniliklər sərgisində yeni məhsulunu təqdim edib.

3dnews.ru saytının verdiyi məlumata görə, “SanDisk Ultra microSDXC UHS-I Premium Edition” adlı model məlumatların saxlanılması üçün 200 GB yaddaşa malikdir. Kart Android əməliyyat sistemi ilə işləyən smartfon və planşetlər üçün nəzərdə tutulmuşdur.

2015-ci ilin ikinci rübündə satışa çıxarılması planlaşdırılan microSD 400 ABŞ dolları dəyərində olacaq.