AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının “Challenges in E-government: Conceptual Approaches and Views” (E-dövlət problemləri: Konseptual yanaşmalar və baxışlar) adlı məruzəsi cari ilin fevral ayının 22-27-də Portuqaliyanın Lissabon şəhərində keçirilən “The Ninth International Conference on Digital Society - ICDS 2015”-nın (IX Rəqəmsal Cəmiyyət üzrə Beynəlxalq Konfransı) materiallarında çap olunub.
Məqalədə elektron dövlətin formalaşdırlmasının konseptual və arxitektur əsasları tədqiq olunmuş, e-dövlət anlayışı, e-dövlətin tətbiqinin üstünlükləri, e-dövlətin formalaşdırılması və idarə olunmasının monitorinqi, veb-resursların intellektual analizi, informasiya təhlükəsizliyinin təmin olunması, elektron demokratiya və elektron vətəndaş problemləri araşdırılmışdır. Tədqiqatın nəticələri xüsusilə inkişaf etməkdə olan ölkələr kontekstində tədqiqatçıların e-dövlətin tətbiqi sahəsində araşdırmalarının davam etdirilməsi istiqamətlərini müəyyənləşdirə bilər.
The Ninth International Conference on Digital Society -ICDS 2015
February 22 - 27, 2015 - Lisbon, Portugal
ICDS 2: Management and control
Session chair: Lasse Berntzen
Challenges in E-government: Conceptual Approaches and Views
Rasim Alguliyev, Farhad Yusifov
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.