AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının “Development of the Model of Dynamic Storage Distribution in Data Processing Centers” (Verilənlərin emal mərkəzlərində yaddaşın dinamiki bölünməsi modelinin işlənməsi) adlı məruzəsi cari ilin fevral ayının 22-27-də Portuqaliyanın Lissabon şəhərində keçirilən IX Rəqəmsal Cəmiyyət üzrə Beynəlxalq Konfransın (International Conference on Digital Society - ICDS 2015) proqramına salınmışdır.
Məqalədə verilənlərin emal mərkəzlərində yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması məsələsinə baxılmış, yaddaş resurslarının dinamiki paylanmasının staxostik modeli təklif olunmuşdur. Model yaddaş resurslarının virtuallaşdırılmasında istifadə olunur və yaddaş resurslarının israf olunmadan istifadə olunmasını təmin edir.
The Ninth International Conference on Digital Society - ICDS 2015
February 22 - 27, 2015 - Lisbon, Portugal
ICDS 2: Management and control
Session chair: Lasse Berntzen
Development of the Model of Dynamic Storage Distribution in Data Processing Centers
Rashid Alakbarov, Fahrad Pashayev, Mammad Hashimov
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.