“Ağıllı” lampalar elektrik enerjisi kəsildikdə belə yanmağa davam edəcək

23 Dekabr 2013 - 10:58 | Texnoloji yeniliklər
“Ağıllı” lampalar elektrik enerjisi kəsildikdə belə yanmağa davam edəcək

“Smartcharge” adlı yeni cihaz Grid & Switch Sensor texnologiyasını tətbiq etməklə hazırlanıb. O, elektrik verilməsinin hansı səbəbdən – istifadəçinin söndürməsi və ya elektrik şəbəkəsindəki qəza ilə əlaqədar – dayandırıldığını təyin etmək qabiliyyətinə malikdir. 

computerra.ru saytının məlumatına görə, SmartCharge-ın hazırlanmasında əsas məqsəd elektrik enerjisinin verilməsində nasazlıq yarandığı zaman mənzillərin mərkəzi şəbəkələr vasitəsilə işıqlandırılmasıdır. 

Yeni lampalar elektron idarəetmə sxemi və litium-ion akkumulyator batareyasının köməyilə tam avtonom rejimdə işləmək qabiliyyətinə malikdir. Avtonom müddət isə təxminən dörd saat davam edir. 

Yeni lampaların 2014-cü ilin aprel ayında satışa çıxarılacağı gözlənilir.