BMT Baş Assambleyası İnternetdə izlənməyə qarşı qətnaməni qəbul edib

20 Dekabr 2013 - 13:24 | Texnoloji yeniliklər
BMT Baş Assambleyası İnternetdə izlənməyə qarşı qətnaməni qəbul edib

“Associated Press” agentliyi yazır ki, BMT Baş Assambleyası İnternet istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuş qətnaməni yekdilliklə təsdiqləyib. 

Qətnaməyə əsasən, insanın bütün əsas hüquq və azadlıqları İnternet məkanında da qorunmalıdır. Qətnamə müəllifləri qeyd ediblər ki, qanunsuz dinləmə və vətəndaşların elektron yazışmalarının izlənilməsi yolverilməzdir və bu kimi hallara son qoyulmalıdır.