Milyonlarla insanın həyatını dəyişdirən texnologiyalar

16 Fevral 2015 - 10:18 | Maraqlı məlumatlar
Milyonlarla insanın həyatını dəyişdirən texnologiyalar

Müasir texnologiyalar gündəlik həyatımıza nüfuz etməkdədir. Tədqiqatçılar sosial dəyişikliklərə müsbət təsir göstərən texnoloji innovasiyaları təhlil ediblər:

  1. Suyun duzdan təmizlənməsi sistemi. Geniş miqyaslıdır və bərpa olunan enerjidən istifadə edir.
  2. İmmun çatışmazlığı virusu, malyariya və vərəmə qarşı vaksin. Bu xəstəliklərdən ildə 4 milyon insan dünyasını dəyişir.
  3. Tələbələrin bilik, dil və başqa parametrlərinə uyğun sazlanan “ağıllı” dərsliklər
  4. Biometrik İD - bu, insan haqqında tibbi, maliyə, təhsil və hüquqi informasiyanı özündə saxlayan şəxsiyyət vəsiqəsidir.
  5. Ucuz smartfonlar. İnternet xidmətlərinə daxil olmağa imkan verir.
  6. Möhkəmliyi, yüngüllüyü ilə seçilən və günəş batareyaları vasitəsilə enerji toplayan evlər.
  7. Yeni gübrələr. Bitkilərin mövcud becərilmə üsullarının səmərəliyini yüksəldir.
  8. Bərpa olunan enerji mənbələri sistemlərinin müxtəlif sazlanma üsulları.

ictnews.az