“Facebook” kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün sosial şəbəkə istifadəyə verir

12 Fevral 2015 - 12:00 | Maraqlı məlumatlar
“Facebook” kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün sosial şəbəkə istifadəyə verir

“Facebook kibertəhlükəsizlik sahəsində çalışan peşəkarlar üçün “ThreatExchange” sosial şəbəkəsini istifadəyə verir.

Gazeta.ru saytının məlumatına görə, şəbəkə istifadəçilərin kiberhücumlara səbəb ola biləcək təhlükələr haqqında məlumatları bölüşmələri üçün təklif olunan platformadır.

Facebook “Yahoo” və “Pinterest” kimi bir çox texnologiya şirkəti ilə əməkdaşlıq edərək, bu sahədə fəaliyyətini gücləndirir.

Şirkət nümayəndəsi Mark Hemmel bildirib ki, ThreatExchange platforması şirkət daxilində real vaxt rejimində təhlükələrin kataloqlaşdırılmasını sadələşdirmək üçün istifadə olunan sistem əsasında hazırlanıb.

Qeyd edək ki, yeni layihənin istifadəyə verilməsi Facebookun öz fəaliyyətini genişləndirməyə çalışdığı bir dövrə təsadüf edir. Şirkət bundan əvvəl  peşəkarlar üçün Facebook at Work proqramı və saytını hazırlamışdır.