Rusiyada smartfon və planşetlər üçün güllə keçirməyən elastik ekran hazırlanıb

11 Fervral 2015 - 15:00 | Texnoloji yeniliklər
Rusiyada smartfon və planşetlər üçün güllə keçirməyən elastik ekran hazırlanıb

Rusiya mütəxəssisləri güllə dəydikdən sonra da işləyə bilən elastik ekran hazırlayıblar. Bu haqda Moskvada yerləşən Maşınqayırma Mərkəzi Elmi-tədqiqat İnstitutunun rəhbəri Dmitri Semizorov bildirib.

naked-science.ru saytının məlumatına görə, smartfon və planşetlər üçün gülləyə tab gətirən elastik ekran tədqiqat müəsisəsinin son nailiyyətlərindən biridir.

Təbii ki, ekran yüksək keyfiyyətli güllədeşməz jileti ilə müqayisə edilə bilən bronlara malik olmasa da güllə ilə deşildikdən sonra da istifadə etmək mümkündür.

Dmitri Semizorov qeyd edib ki, istehsalçılar elastik ekranı daha da təkmilləşdirmək niyyətindədirlər. Hazırda ekran ağ-qara təsvirə malikdir, lakin gələcəkdə rəngli displeyin hazırlanması nəzərdə tutulur.

Hərbi qulluqçuların imkanlarını yeni avadanlıqlar vasitəsilə genişləndirmək məqsədilə elm və texnika sahəsində ən son məhsullardan istifadə ediləcək.

Qeyd edək ki, institut hərbi qulluqçular üçün avadanlıqların hazırlanması ilə məşğul olur.