Yaponiyanın “Toshiba” şirkəti Toshiba Encrypted USB Flash Drive fləş-daşıyıcılarının satışa çıxarılması haqqında məlumat verib.
hitech.newsru.com saytının məlumatına görə, Encrypted USB Flash Drive qurğuları adi fləş kartlardan rəqəmli klaviatura ilə təchiz edilməsilə fərqlənir. Fləş-daşıyıcı sahibi rəqəmli klaviatura vasitəsilə xüsusi şifrə daxil edərək, kənar şəxsin qurğudan istifadə etməsinin qarşısını alır. Quraşdırılmış uzunömürlü batareyalar isə fləş kartı USB-konnektora qoşmazdan əvvəl şifrəni daxil etməyə imkan verir.
Əvvəlcədən təyin edilmiş şifrə 10 dəfə yanlış daxil edildiyi halda, daşıyıcıda olan bütün informasiya silinir.
Qeyd edək ki, 4 Gb yaddaşlı fləş kartın dəyəri 60 ABŞ dolları, 32 Gb yaddaşlı qurğunun dəyəri isə 180 ABŞ dolları təşkil edir.