“Wi-Fi”la idarə olunan ilk qəhvə aparatı sifariş üçün əlçatan olub

05 Fevral 2015 - 14:44 | Texnoloji yeniliklər
“Wi-Fi”la idarə olunan ilk qəhvə aparatı sifariş üçün əlçatan olub

Smartfondan “Wi-Fi” modulu üzrə idarə olunan ilk qəhvə aparatı üçün sifarişlər əlçatan olub. Bu qurğunun istehsalçısı olan “Smarter” şirkəti, həmçinin “iKettle” “ağıllı” çaynikini istehsal edib.

Qurğunu Britaniyanın “Firebox” İnternet mağazasının saytından 150 funt-sterlinq ödəməklə sifariş etmək olar.

“ICTnews” elektron xəbər xidməti bildirir ki, qurğunu idarə etmək üçün “Android” və “iOS” əməliyyat sistemli smartfonların sahibləri xüsusi mobil tətbiq quraşdırmalıdır. Tətbiq hazırlanan qəhvənin tündlüyünü və ya lazımi fincanların sayını (bir dəfəyə 12 fincan qəhvə hazırlamaq olar) tənzimləməyə imkan verir.

Qəhvə aparatının prototipi cari ilin yanvarında Las-Veqasda keçirilən “CES-2015” texnologiya sərgisində nümayiş etdirilib.