Hakerlər üçün smartfonlardan sonra növbəti hədəf “ağıllı” televizorlar (Smart TV) olacaq” - bu fikri “Bloomberg” xəbər agentliyinə müsahibəsində “Kasperski Laboratoriyası” antivirus şirkətinin icraçı direktoru Yevgeni Kasperski səsləndirib.
itexpert.org.ua saytının məlumatına əsasən, ekspert iPhone kompüterə qoşulan zaman ona nüfuz edə bilən troyan viruslarının “ağıllı” televizorlara da keçə biləcəyini bildirib.
Onun sözlərinə görə, gələcəkdə smart televizorlardan pul oğurluğu üçün istifadə oluna bilər. Məsələn, kibercinayətkarlar hesabın blokdan çıxarılması məqsədilə ödənişli ismarıc göndərilməsini təklif edəcəklər.
Y.Kasperskinin proqnozlarına əsasən, onlayn-kontentin satın alındığı hesabdan və ya istifadəçilərin izlənilməsi üçün televizor veb-kameralarından istifadə etməklə vəsaitin oğurlanması mümkün olacaq.