Wi-Fi uşaqların beyni üçün təhlükəlidir

27 Yanvar 2015 - 11:11 | Maraqlı məlumatlar
Wi-Fi uşaqların beyni üçün təhlükəlidir

Britaniya alimlərinin apardığı tədqiqatların nəticələri göstərib ki, Wi-Fi siqnalları uşaqların sağlamlığı üçün təhlükə yaradır.   

Ekspertlər valideynlərə uşaqların smartfonlardan istifadəsini məhdudlaşdırmağı və hətta qadağan etməyi məsləhət görürlər. Çünki körpələrin beyni naqilsiz şəbəkədən daxil olan radiasiyanı daha çox mənimsəyir. Uşaq orqanizmi həm də böyüklərdən fərqli olaraq şüalanmaya daha çox məruz qalır.

Bu növ şüalanmadan daha çox hamilə qadınlar kənar olmağa çalışmalıdırlar. Alimlər gələcəyin analarının ciblərində mobil telefon gəzdirməsini məsləhət görmürlər. Wi-Fi-ın uşaqlara neqativ təsiri belə izah edilir: körpələrin beyin toxumaları daha uducudur, onların kəllə sümüyünün toxumaları isə daha nazikdir. Naqilsiz şəbəkə ana bətnində olan körpəyə, daha dəqiq, onun inkişaf etməkdə olan beyninə mənfi təsir göstərir.  

Bu gün alimlər təkidlə tövsiyə edirlər ki, smartfon istehsal edən şirkətlər öz məhsullarının üzərində mobil telefonu gəzdirərkən onun təhlükəsiz olması üçün zəruri olan məsafəni qeyd etsinlər. sciteclibrary.ru  Elmi-texniki İnformasiya Agentliyinin məlumatına görə, qadjetin yerləşməli olduğu distansiyanın müasir standart norması 20 sm-dir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.