“Google” şirkəti Fiber yüksəksürətli İnternetə çıxış infrastrukturunun optik əlaqə vasitəsilə genişləndiyini müəyyənləşdirib. 3dnews.ru saytının məlumatına görə, şirkət 28-29 yanvar tarixlərində Şimali Karolina ştatının Roli-darem və Şarlot şəhərlərində bununla bağlı tədbirlər keçirəcək.
Qeyd edək ki, Google Fiber-in təcrübi şəbəkəsi 2012-ci ildə Kanzas ştatında (ABŞ) işə salınıb. Sistem 1 Gbit/s-ə qədər keçirmə qabiliyyətini təmin edir ki, bu da ABŞ-ın müasir genişzolaqlı şəbəkələrində məlumatların ötürülmə sürətini təxminən 100 dəfə artırır.
Google Fiber hazırda Yuta və Texas ştatlarında da aktivdir. Şəbəkədən istifadənin dəyəri ayda 70 ABŞ dolları təşkil edir.
Google məlumatların 10 Gbit/s-ə qədər sürətlə ötürülməsinə imkan verən İnternet şəbəkələrinin hazırlanması və tətbiqini də planlaşdırır. Bu kimi veb-giriş kanallarının 2017-2018-ci illərdə ABŞ-da sınaqdan keçirilməsi nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.