Samsung yeni nəsil iPhone prosessorlarının 75 faizini istehsal edəcək

26 Yanvar 2015 - 16:58 | Maraqlı məlumatlar
Samsung yeni nəsil iPhone prosessorlarının 75 faizini istehsal edəcək

3dnews.ru saytı “Reuters” informasiya agentliyinə istinadən bildirir ki, “Samsung” iPhone və iPad-in yeni nəsli üçün Apple A9 14 nanometr prosessorlarının istehsalında sifarişlərin dörddə üçünü alacaq. Bu mikrosxemlər Texas ştatında yerləşən (ABŞ) zavodda istehsal olunacaq.

Geridə qalan 25 faiz çipin etibar edildiyi şirkətin adı və müqavilənin dəyəri dəqiqləşməsə də, bu həcmi öz aralarında “GlobalFoundries” və “TSMC” şirkətlərinin bölüşəcəyi istisna edilmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.