Amerika tədqiqatçıları “Nature Communication” beynəlxalq nəşrində orijinal məqalə ilə çıxış ediblər. Məqalədən belə aydın olur ki, yaxın gələcəkdə dünya kvant fizikası və mexanikasının inkişafı sayəsində haker hücumlarından xilas olacaq.
Alimlərin bildirdiyinə görə, informasiyanın uzun məsafələrə ötürülməsi kvant dolaşıqlığı ilə sıx əlaqəlidir ki, bu da problemin həllinə kömək edə bilər. Mütəxəssislər əmindirlər ki, kvant texnologiyasını tətbiq etməklə neçə meqabayt olmasına baxmayaraq verilənlərin ötürülməsini nəzarət altına almaq mümkün olacaq. www.sciteclibrary.ru saytının məlumatına görə bu, yaxın gələcəkdə haker hücumları ilə bağlı problemin öz həllini tapacağını deməyə əsas verir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.