ABŞ-ın Corciya Texnologiya İnstitutu və Çin Elmlər Akademiyasının əməkdaşları tərəfindən hazırlanmış yeni klaviatura sahibini “tanıyır” və digər istifadəçilərə kompüteri idarə etməyə icazə vermir. Qurğu sahibinin idarəetmə tərzini (sürət, düyməni sıxma gücü və s.) analiz edir.
Kənar şəxs kompüterdən istifadə etməyə çalışdıqda klaviatura tərəfindən bloka salınır. Bu zaman daxil edilən bütün məlumatlar isə qorunub saxlanılır.
itexpert.org.ua saytının məlumatına görə, layihə müəllifləri effektivliyi hələ sübut olunmamış daxiletmə qurğusunun öz yükünü müstəqil daşımaq və avtonom rejimdə işləmək qabiliyyətinə əmindirlər. İstehsalçılar kompüterə başqa klaviaturanın qoşulma ehtimalını da nəzərə alaraq drayverlər və ya xüsusi proqramda kompüterin bloka salınması funksiyasını əlavə ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.